20 Yanvar - Ümumxalq Hüzn Günüdür

    Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Belə ki, paytaxt məktəblərində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər, nümunəvi dərslər, seminarlar, “Dəyirmi masa”lar keçirilib. Məktəbin 3”B” – “Sağlam təhsil” sinfində müəllim Vüsalə İsmayılova nümunəvi dərs keçib. Dərs şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra 1990-cı ildə baş verən “Qanlı Yanvar” hadisi barədə müəllim geniş söhbət açıb.

    Müəllim Vüsalə İsmayılova bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib. Bu qətliam nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb.

    20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. 

    Sonda şagirdlər məktəbin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş guşəyə qərənfillər düzüb, çəkdikləri rəsmləri nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi