“Vətən şəhidləri heç vaxt unutmayacaq!”

    Elm və Təhsil Nazirinin 2023-cü il 10 yanvar tarixli əmrinə əsasən yanvarın 19-da məktəbin ibtidai sinif müəllimi Zərifə Məmmədova ilk dərsi 20 Yanvar faciəsinə həsr edib. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan dərsdə müəllim tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açıb. O, qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Həmin gün Sovet Ordusu Bakıda əsl qətliam törədib. “Qanlı Yanvar” günü 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

    20 yanvar 2023-cü il “Qanlı Yanvar” faciəsindən artıq 33 il keçir. Otuz üç keçməsinə baxmayaraq, xalqımız vətən uğrunda, azadlıq uğrunda canlarından keçən şəhidləri heç vaxt unutmur, unutmayacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi