"Sağlam qidalanaq və sağlam olaq"

   Uşaqların qidalanma məsələsi hər zaman diqqət mərkəzində olub. Belə ki, gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi, sağlam və savadlı vətəndaş kimi formalaşdırılması cəmiyyət olaraq qarşımızda duran ən vacib məsələlərdən biridir. Sağlam qidalanma elə sağlam gələcəyin təməlidir. Bu baxımdan gələcəyimiz olan uşaqların necə qidalanması vacibdir. Ailədə bu məsələyə valideynlər birbaşa nəzarət edir. Lakin məktəbəqədər və ümumi təhsil müəssisələrində bilavasitə tədris prosesi ilə yanaşı, şagirdlərdə sağlam qida davranışının formalaşmasına yönəldilmiş işlər aparılır, açıq dərslər keçirilir.

   13.01.2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Aytən Ovçuyeva "Sağlam qidalanaq və sağlam olaq" mövzusunda təbliğat xarakterli nümunəvi dərs təşkil edib. Dərs zamanı müəllim şagirdlərə sağlam qidalanmanın prinsipləri, düzgün qida vərdişləri, düzgün qidalanıb–qidalanmama halları barədə danışıb. Onlara əzələ kütləsinin inkişafına, əqli inkişafa, boyun artmasına, dişlərin, saçların, dərinin sağlamlığına kömək edən qida məhsulları barədə ətraflı məlumat verib.  İndiki dövrdə uşaqların da sevdiyi “Fastfood”un ziyanlarından, orqanizm üçün daha faydalı olan ət məhsulları, ağartı məhsulları və mövsümi meyvələrin faydalarından bəhs edən video-çarx nümayiş edib.

    Sonda müəllim onu da əlavə etdi ki, sağlam olmağımız üçün qida rasionumuzda sağlam qidalara mütləq şəkildə üstünlük verməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi