"Sağlam təhsil" sinfində nümunəvi dərs dinləməsi
Məktəbin ibtidai sinif müəllimi Aytən Ovçuyeva 4“B” - "Sağlam təhsil" sinfində nümunəvi dərs dinləməsi təşkil edib. Dərs riyaziyyat fənni üzrə "Kəsrlər" mövzuna həsr olunub.
Motivasiya zamanı müəllim ekrana "Şərikli çörək" filmindəki epizodu gətirərək, çörəyin necə doğranılması barədə sual verib. Bu sualdan çıxaraq tam və hissə anlayışı, tamın bir neçə hissəyə bərabər bölünməsi, bölünən hissənin götürülməsi, nəticədə kəsr hissənin alınmasını izah edib. Daha sonra mövzunun real həyatla əlaqələndirib, bir neçə nümunə çəkib. Şagirdlərin qiymətləndirilməsi müəllim tərəfindən hər mərhələdə aparılıb.
Dərsdə həmçinin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, psixoloq Anagül Osmanova və digər ibtidai sinif müəllimi iştirak ediblər.