“Evimizdəki qab-qacaq” mövzusu üzrə nümunəvi dərs
Məktəbin 3 ”Ə” sinfində təsviri incəsənət fənnindən “Evimizdəki qab-qacaq” mövzusu üzrə nümunəvi dərs təşkil olunmuşdur. Müəllim Aygün Dadaşovanın rəhbərliyi ilə keçirilən dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri Əsli Nuruyeva, Reyhan Zeynalova və Günay Piriyeva da iştirak etdilər.
Motivasiya mərhələsində müəllim Aygün Dadaşova mövzunun açılmasında şagirdlərə suallarla müraciət edərək, onların cavablarını dinləyib tədqiqat sualını təqdim etdi. Tədqiqatın aparılması zamanı şagirdlər böyük qruplara ayrılaraq tapşırıqları yerinə yetirdilər. I qrup - şüşə, II qrup - mis, III qrup - saxsı, IV qrup isə - taxta qabları müəllimin verdiyi şəklə əsasən naxışlarla bəzədilər. Müəllim yazı lövhəsində qrupların işlərini düzüb, “Qalereya gəzintisi” təşkil etdi. Hər qrupun nümayəndəsi hazırladıqları işlərin ardıcıllığını izah etdilər. Sonda qrupların qiymətləndirilməsi keçirildi.