"Sahibkar məktəbli” II respublika müsabiqəsinin final mərhələsi
27.12.2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Sahibkar məktəbli” II respublika müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin keçirilməsinin məqsədi uşaq və gənclərin biznes və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, istedadlı məktəblilərin yaradıcı təşəbbüslərini həyata keçirmək üçün şəraitin yaradılması, perspektivli gənclərin aşkar edilməsindən ibarətdir.
Respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 103 iş təqdim edilib. Layihələr iki yaş qrupunda fərdi, həmçinin 3 və ya 5 nəfərdən ibarət komandalar şəklində internet sahibkarlığı, sosial, ictimai sahədə sahibkarlıq, art marketinq üzrə sahibkarlıq, ekoloji təmiz məhsul üzrə sahibkarlıq, resursların təkrar emalı – yeni məhsulların dizaynı və istehsalı nominasiyaları üzrə təşkil olunub. İştirak edən 204 nəfərdən 74 nəfəri Bakı şəhərindən, 33 nəfər isə region məktəblərindən olan şagirdlər finala vəsiqə qazanıblar.
Qeyd edək ki, mentor və münsiflər heyəti qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nargis Jurnalı, “Azerbaijan Fish farm” MMC, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti Beynəlxalq iqtisadiyyat məktəbi, FR fashion collection, “Şərq bazarı”, Tusi-Bohm Planetarium, “EkoSfera” SEM İB, “Smart Waste” MMC, ABAD Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Konservatoriyası, Kənd Təsərrüfatı Nazirliyi Tabeliyində Dövlət Toxum Fondu, Competo MMC təşkilat və müəssisələrindən nümayəndələr iştirak ediblər.
Məktəbin 8”D” sinif şagirdi İbrahim Həsənli “Art marketinq üzrə sahibkarlıq” nominasiyası üzrə 10-13 yaş qrupunda I yerə layiq görülərək diplom və dəyərli hədiyyələrlə təltif olunub.