"Gigiyena qaydaları" haqqında tövsiyə xarakterli söhbət
28.12.2022-ci il tarixində məktəbin həkimi Rəna Əliyeva siniflərdə gigiyena və sağlamlığın təmin olunması məqsədilə şagirdlərlə "Gigiyena qaydaları" haqqında tövsiyə xarakterli söhbət apardı. O, şagirdlərin sağlam böyümələri üçün məktəbdə, sinif otaqlarında gigiyenik qaydalara əməl etməyin vacibliyindən danışdı. Şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Bu qaydaları yerinə yetirmək insanın həm insanın özü üçün, həm də ətrafındakılar üçün əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyən insanlar yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar.
Nəzərə alsaq ki, son illərdə dünyada yayılmış viruslar, xəstəliklər ölümlə nəticələndiyinə görə, gigiyenik qaydalara əməl etmək çox vacibdir. Gəlin öz sağlamlığımızı qorumaq üçün gigiyenik qaydalara düzgün riayət etməklə cəmiyyət üçün yaxşı bir örnək olaq.