“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində Vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən start verilən “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində 27.12.2022-ci il tarixində Alidə Hadıyeva, Fəxriyyə Cəfərova və 6”a” sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında Vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkil olundu.
Müzakirənin aparılmasının əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.