“Əsgərə Məktub”

    Məktəbin tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynovun təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsi təşkil olundu. Bu layihənin təşkil olunmasında məqsəd Azərbaycan əsgərində ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq, əsgərlərimizə var gücümüzlə hər zaman döyüşə hazır olduğumuzu bildirməkdir.  

      Layihədə məktəbin müəllim və şagird kollektivi yaxından iştirak edərək gecə-gündüz yorulmadan Vətənimizin keşiyində duran  əsgərlərimizə  öz ürək sözlərini yazdılar. Xalqımızın birliyini simvolizə edən, şagirdlər tərəfindən yazılan bütün məktublar toplanaraq cəbhə bölgəsində döyüşən əsgərlərimizə göndərildi.

 

 

                                                                                                                             

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi