"Zərərli vərdişlərə birlikdə yox deyək"

     27.12.2022-ci il tarixində məktəb kitabxanasında Alidə Hadıyeva və Fəxriyyə Cəfərova 8"b" sinif şagirdləri ilə birgə "Zərərli vərdişlərə birlikdə yox deyək" adlı “Dəyirmi masa” təşkil etdilər.

    “Dəyimi masa”nın təşkil olunmasında əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzini təbliğ etmək, uşaqları zərərli vərdişlərdən uzaq tutmaq  və bu vərdişlərin hansı fəsadlar yaratdığını şagirdlərə çatdırmaqdan ibarət idi.

    “Dəyirmi masa”da iştirak edən tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov şagirdlərlə söhbət zamanı zərərli vərdişlərin, asılılıq və aludəçiliyin insan beynində yara kimi olduğunu söylədi. Belə ki, o yaraların müalicəsi aparılmadıqca bu vərdişlərin tərgidilməsi çox çətin olur. Onun sözlərinə görə, zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyət və düşüncəsini dəyişməlidir. Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir.

    Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbirə Əliyeva isə  pis vərdişlərə qarşı aparılan əsas istiqamətlərindən birinin yeniyetmə yaşında olan şagirdlərin asudə vaxtlarından səmərəli istifadə edilməsi, onlara sağlam həyat tərzinin təbliğ edilməsi, idmana olan marağının artırılması istiqamətində daha çox işlərin aparılmasından ibarət olmalıdır.

    Sonda pis vərdişlərdən uzaqlaşdıqdan sonra dəyişən həyat tərzini əks etdirən video-rolik nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi