"RoboGames 2022” STEAM müsabiqəsi keçirilib

    24-25 dekabr tarixlərində Elm və Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə  "RoboGames 2022” STEAM müsabiqəsi keçirilib.

    Müsabiqə 2 gün müddətində ümumilikdə 40 komanda, 201 iştirakçı və komanda rəhbərlərinin iştirakı ilə ADA Universitetində baş tutub. Komandalar “Smart City” mövzusunda “Lego mindstorms ev3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün proqramlaşdırılmış robotlar yığıb və rəqəmsal həllərin köməyilə daha səmərəli resurslardan istifadə edərək yaradıcı yanaşma nümayiş etdiriblər.

    Müsabiqədə iştirak edən məktəbin komandası isə “Robototexnika” kateqoriyası üzrə III yeri qazanıblar. Bu münasibətlə komandanı təbrik edirik. Daha böyük uğurlar qazanmağı arzulayırıq.

    Onu da qeyd edək ki, "RoboGames 2022: Smart City" layihəsi yerli layihə əsaslı robot texnologiyaları müsabiqəsidir. Bu layihə şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə qarşılaşdıran və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən qeyri-adi təcrübədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi