“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

    Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil edilib. Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

    Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva qalibləri təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir.

    Mehriban Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları, xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu vurğulayıb. Həmçinin məktəb saytlarında operativliyin artırılmasından bəhs edən İdarə müdiri təhsil müəssisələrinə yeni məktəb saytı modelinin yaradılmasına dair layihələrlə çıxış etmələrini tövsiyə edib.  

    Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2021-2022-ci tədris ilinin nəticələrinə görə, Xətai rayonu üzrə 95 saylı tam orta məktəb Münsiflər heyəti tərəfindən qalib seçilib.

    Sonda qalib məktəb direktorları müsabiqənin təşkilinə görə təşəkkürlərini  bildiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi