Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir

     23.11.2022-ci il tarixində məktəbdə böyük Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Mahmudovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, müəllimlərindən Xalidə Cəfərova, Məhbubə Musayeva, Sevil Bağırova, kitabxanaçı Fəxriyyə Cəfərova, valideynlər və 6 “G” sinif şagirdləri iştirak etdilər.

     Əvvəlcə sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra tədbiri məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı açıq elan etdi. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad haqqında dəyərli fikirlər söylədi. Bildirdi ki, Azərbaycanın dövlət rəmzlərini hər zaman yüksək tutan şair vətənpərvərlik duyğularını yazdığı şeir və əsərlərində tərənnüm edib. O, daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri kimi o da 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

     Ardınca şagirdlər çıxış edərək şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir: “Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, həmçinin mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. O, Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib. Onun “Çırpınırdı Qara dəniz” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi 75 ildən çoxdur ki, dost və qonşu Türkiyənin ən önəmli marşlarından biri kimi mütəmadi olaraq radiolarda, televiziyalarda səsləndirilərək rəsmi tədbirlərdə, məclislərdə, mərasimlərdə, eləcə də təntənəli ziyafətlərdə ifa olunmaqdadır.

     Böyük şairin ən məşhur şeirlərindən  olan "Susmaram", "Al bayrağa"," Azərbaycan bayrağına", "Mən kiməm" şeirləri şagirdlər tərəfindən səsləndirildi.

     Sonda bütün iştirakçıların ifasında şairin dillər əzbəri olan "Can Azərbaycan" mahnısı oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi