Şagirdlər şəhid ailəsini ziyarət etdi
08.10.2020-ci il Azərbaycan xalqının öz əbədi əzəli torpaqlarına qovuşduğu gündür! Bu gün “Zəfər Günü”dür. Bu Zəfəri bizlərə yaşatdığı üçün Prezident İlham Əliyev Cənablarına, şəhid və qazilərimizə borcluyuq.
Bununla əlaqədar olaraq 4 “B” - "Sağlam təhsil" sinfinin müəllimi Aytən Ovçuyeva, sinfin şagird və valideynləri ilə birgə şəhid Vüsal Şahmarlının ailəsini ziyarət etdilər. Şəhid Vüsal Şahmarlının timsalında bütün şəhidlərin ruhu qarşısında baş əydilər. Vüsal Şahmarlının anası Sevər ana bizə Vüsal haqqında danışdı. O, vətəninə, elinə bağlı bir oğul idi. Aprel döyüşlərində də ön cəhbədə qəhrəmancasına döyüşüb, ailəsinin, onu sevənlərin yanına sağ salamat qayıtdı.
İkinci Qarabağ müharibəsində də orduya könüllü olaraq yollandı. “Vətənim dardadır” - deyib, hərbi komissarlığa üz tutdu. 27.09.2020-ci il tarixində döyüş başlandı. Vüsal da bu döyüşdə 05.10.2020-ci il tarixindən iştirak etdi. 18.10.2020-ci il tarixində Füzuli uğrunda gedən döyuşlərdə qəhrəmancasına həlak oldu.
Sevər ana şagirdlərə Vətən sevgisinin Vüsal üçün nə qədər ali bir hiss olduğunu söylədi. Vətən sağ olsun! Oğlum haqq yolunda canını fəda etdi! Siz şagirdlər bu torpaqları göz bəbəyiniz kimi qoruyub, gələcək nəsillərə miras ötürməyə borclusunuz. Bu torpağın hər damlası şəhid qanı ilə yuyulub....
Vüsal Şahmarlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Laçının azad olunmasına görə " medalları ilə təltif olunub.
Allah rəhmət eləsin! Qarabağ Azərbaycandır!