"Şanlı zəfərimiz" adlı tədbir

     04.11.2022-ci il tarixində məktəbin ibtidai sinif müəllimi İranə Nağızadə 2 “Ə” sinfində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş "Şanlı zəfərimiz" adlı tədbir keçirdi. Tədbirdə məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Sədaqət İsmayılova da iştirak etdi.   

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra müəllim Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü, Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barəsində söhbət açdı. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğunu diqqətə çatdırdı. Şagirdlər isə öz növbəsində hazırladıqları səhnəcikləri, şeir və musiqiləri nümayiş etdirdilər.

    Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri vətənpərvər ruhda tərbiyə etmək, onlara Vətənə, torpağa məhəbbəti aşılamaq idi.     

  Sonda Sədaqət İsmayılova müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi