“Xarıbülbül qoxulu Zəfər Günü”

    8 Noyabr – Zəfər Günü ilə əlaqədar ümumtəhsil məktəblərində silsilə tədbirlər təşkil olundu. 04.11.2022-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Günay Piriyeva 3”A” – “Sağlam təhsil” sinfində “Xarıbülbül qoxulu Zəfər Günü” adlı tədbir keçirdi.

    Tədbirdə kitabxanaçı Fəxriyyə Cəfərova, ibtidai sinif müəllimi Aygün Dadaşova iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə daha sonra müharibə zamanı şəhid olan əsgər və zabitlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Ardınca müəllim 44 gün davam edən Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış və tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərimiz haqqında geniş məlumat verdi. Tədbir şagirdlərin hazırladıqları şeir və musiqilərlə yekunlaşdı.

    Sonda Günay Piriyeva hər kəsin Zəfər bayramını təbrik etdi və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi