8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Gününə həsr olunmuş nümunəvi dərs

    Məktəbin Ana dili və ədəbiyyat müəllimi Səadət Mahmudova 5”A”  sinfində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr -  Bayraq Gününə həsr olunmuş nümunəvi dərs keçirib.

    Əvvəlcə şagirdlər “Zəfər Günü” və “Bayraq Günü”nə həsr olunmuş təqdimatlarını nümayiş etdiriblər. Sonra müəllim Səadət Mahmudova üzünü şagirdlərə tutaraq xalqımızın taleyi üçün əlamətdar olan bir günə şahidlik etməkdən qürur və iftixar hissi keçirdiyini söyləyib. O, bildirib ki, təqvimdəki işğal tarixlərinin yerini Zəfər günlərinin əvəz etməsi Azərbaycan xalqı üçün böyük bir tarixi uğurdur. 50 milyondan çox azərbaycanlı bu qələbəyə sevinib.

     Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik ənənələrini bu gün Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik, əməkdaşlıq mesajları ölkəmizi yalnız regionda deyil, beynəlxalq irimiqyaslı problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirib. Belə ki, həm informasiya müharibəsində, həm də qızğın döyüşlərin getdiyi cəbhə xəttində müvəffəqiyyət qazanmaq, ölkəmizi uğurla irəli aparmaq, dövlətin siyasi qüdrətini, xalqın iradəsini dünyaya bəyan etmək – bütün bunlar Ali Baş Komandan İlham Əliyev siyasətinin qələbəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi