8 Noyabr - Zəfər Günü

     Məktəbin 3”Ç” sinif müəllimi Dilarə Hüseynova “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər Vətənə, Zəfər Gününə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular.  

     Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, həmçinin Vətən müharibəsi iştirakçıları qazi leytenant Mobil Əhmədov, qazi Baba Osmanov, qazi Novruz Hüseynov da iştirak etdilər. Onlar şagirdlərə öz döyüş yollarından danışdılar. Sonda şagirdlər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikləri üçün qazilərin qarşısında baş əyərək, minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi