“Şəhidlər ölməz, Vətən bölünməz!”

    04.11.2022-ci ildə  məktəbin 3”Ə” sinfində “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirildi. Tədbirdə psixoloq Anagül Osmanova, ibtidai sinif müəllimləri Sədaqət İsmayılova və Aytən Ovçuyeva iştirak etdilər.

     Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra Vətən müharibəsi zamanı şəhid olan zabit və əsgərlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Daha sonra “Zəfər Günü”nün tarixi haqqında təqdimat oldu. 3”Ə” sinif şagirdləri növbə ilə iştirak edib musiqilər səsləndirdilər, şeirlər söylədilər, rəqs edib, idman fəaliyyətlərini nümayiş etdirdilər.

     Sonda müəllim Aygün Dadaşova hər kəsin Zəfər bayramını təbrik edərək, qonaqlara iştiraklarına görə təşəkkürünü bildirdi.

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi