“Hansı peşə daha vacibdir?”

     13  oktyabr 2022-ci il tarixində məktəbin 2 “B” -“Sağlam təhsil” sinif şagirdləri “Hansı peşə daha vacibdir?” mövzusunda müzakirə apardılar. Şagirdlər sevdikləri peşəyə uyğun geyimlər geyinərək həmin peşəni nə üçün sevdiklərini bildirdilər.

     Müəllim Sevinc Nağıyeva şagirdlərə bütün peşələrin əhəmiyyətli olduğunu vurğuladı.  O, bildirdi ki, insan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Doğrudur, sənətlər, peşələr arasında seçki qoymaq, "bu yaxşıdır”, "bu pisdir” –deyib onları ayırmaq olmaz. Cəmiyyətə faydalı əməklə bağlı bütün sənət və peşələr şərəflidir. Sənətin pisi olmaz, sənətkarın pisi ola bilər. Lakin hər kəs bacardığı işdən yapışmalı, gücü çata biləcək sənətin, peşənin ardınca getməlidir.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi