Şəhidlərimizin xatirəsi anıldı

    27 sentyabr 2022-ci il tarixində məktəbin 3”Ə” sinfində  44 günlük Vətən müharibəsi zamanı canını fəda etmiş şəhidlərin ruhu dərin hörmət və qürurla anıldı.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, şəhidlərimiz ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra müəllim Aygün Dadaşova 27 sentyabr 2020-ci il -10 noyabr 2020-ci ilədək tariximizin şanlı səhifələri haqqında ətraflı məlumat verdi. Şagirdlərin hər biri əllərində şəhid olmuş zabit və əsgərlərin fotolarını nümayiş etdirərək, onların həyatı, hərbi xidmətləri və keçdikləri şərəfli ömür yolları haqqında təqdimatlar etdilər. Dərsin sonunda şagirdlər elektron lövhədə nümayiş olunan Azərbaycan Respublikasının xəritəsini albomlarda çəkdilər.

     Hər birimiz şəhidlərimizin ölməz və müqəddəs ruhları qarşısında baş əyirik!

     Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi