Anım Günü ilə bağlı "Dəyirmi masa"

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

     27.09.2022-ci il tarixində məktəbin kitabxanasında Anım Günü ilə əlaqədar 6 “A” sinif şagirdləri ilə "Dəyirmi masa" keçirildi. Məktəbin kitabxana heyəti Alidə Hadıyeva və Fəxriyyə Cəfərova "Dəyirmi masa"da Qarabağ ərzisində 44 gün davam edən müharibə və bu müharibədə Vətən uğrunda şəhid olan əsgər və zabitlərimiz haqqında söhbətlər apardılar.

     6 "A"sinif şagirdi İbrahim İbrahimli isə yaxın qohumu şəhid Aqil Salayev haqqında öz təəssüratlarını bölüşdü.

    "Dəyirmi masa"nın keçirilməsində əsas  məqsəd Vətən müharibəsi şəhidlərini gənc nəslə tanıtmaq və bu gün ərazi bütövlüyümüzün bərpa olunması onların qanı və canı bahasına olduğunu aşılamaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi