Şəhidlər Ölməz, Vətən bölünməz!

     27.09.2022-ci il tarixində bütün ölkə ərazisində Anım Günü qeyd  olunur. Bununla əlaqədar olaraq məktəbin 4”B” - "Sağlam təhsil" sinif şagirdləri şəhidlərimizi dərin hüzn və ehtiramla andılar.

     İlk oncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, sinif rəhbəri Aytən Ovçuyeva və 4 “B” sinif şagirdləri birgə yürüyüş etdilər. Müəllim “Anım Günü” haqqında şagirdlərə məlumat verdi.

     Şagirdlər məktəbin yaxınlığında yerləşən şəhid Vüsal Mərdan oğlu Şahmarlının abidəsi önünə güllər qoyaraq Vüsalın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi