Beynəlxalq Sülh Günü

    Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır - Sülh! Bu söz özü-özlüyündə böyük bir məna kəsb edir. Sülh - dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusundadırlar. Sülhün carçıları olan göyərçinlərin uşaqlar tərəfindən daha çox sevilməsi də bundan irəli gəlir.

    21 sentyabr – Beynəlxalq Sülh Günüdür və bu gün hər birimizə müharibə, təbii fəlakətlərin nəticələrindən, aclıqdan və digər səbəblərdən əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün imkan verir. 21 sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də Beynəlxalq Sülh Günü bütün dünya insanları üçün vacib olduğu kimi, biz təhsil işçilərinin də qarşısında duran önəmli öhdəliklərdəndir.

    Qoy həmişə sülh olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi