Qarabağ Azərbaycandır!

    15.09.2022-ci il tarixində məktəbin 3”Ə” sinfində ilk dərs  "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olundu. İlk öncə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdilər. Sonra  Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Müəllim Aygün Dadaşova şəhid olmuş hərbçi və əsgərlərin göstərdikləri şücaətlər haqqında geniş məlumat verdi. O bildirdi ki, müharibədə döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir.  Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.

     Daha sonra  şagirdlər “Qarabağ Azərbaycandır!” mövzusuna dair rəsmlər çəkdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi