İlk dərs günü

    Bu gün Azərbaycanda 2022-2023-cü tədris ilinin ilk dərs günüdür.

    Məlum olduğu kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.

    Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərində 15 sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd edilməyib. “Bilik Günü” məktəbdə tədbir zamanı Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Elçin Abdullayev çıxış edərək  şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılarımıza Allahdan şəfa diləyib. Daha sonra şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, məktəbə ilk qədəm basan birincilərə ilk dərs günündə uğurlar arzulayıb. Məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi