“Bankçılıq və rəqəmsal ödənişlər” virtual kursu üzrə müsabiqə keçirildi

    14 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və VISA beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində maliyyə savadlılığının gücləndirilməsi, ölkəmiqyaslı rəqəmsal ödənişlər ilə bağlı məlumatlılığın artırılması məqsədilə 15 iyun - 07 iyul 2022-ci il tarixlərində keçirilən “Bankçılıq və rəqəmsal ödənişlər” virtual kursu üzrə müsabiqədə fərqlənən şagirdlərlə görüş keçirilmişdir.

    Görüşdə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova, böyük mütəxəssisi Rəşad Qasımov, VISA beynəlxalq kart təşkilatının Azərbaycan üzrə meneceri Nurlan Hacıyev və Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova iştirakçıları təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

     Daha sonra müsabiqənin qaliblərinə sertifikatlar və hədiyyələr təqdim edilmiş, xatirə fotoşəkilləri çəkilmişdir. Məktəbin VII sinif şagirdi İbrahim Həsənli də müsabiqədə sertifikat almış qaliblər sırasında idi. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi