"Yay məktəbi" layihəsi çərçivəsində açıq havada təşkil olunmuş dərs

    Təhsil Nazirliyinin qərarına əsasən iyunun 16-dan 30 iyun tarixinədək təşkil olunan “Yay məktəbi”nin sonuncu günüdür. 2 həftə müddətində ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla təşkil olunmuş layihənin məqsədi pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir. “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər keçirildi. Bunlardan biri məktəbin biologiya müəllimi Rəfiqə Aşurova tərəfindən şagirdlərə “İnsan orqanizmi ilə tanışlıq" mövzusunda açıq havada maraqlı dərs keçdi. Insan orqanizmini, daxili orqanların quruluşunu daha yaxşı mənimsənilməsi üçün müəllim maketlərdən istifadə etdi. Şagirdlər maraqla müəllimi dinlədilər, qarşılıqlı şəkildə diskussiya apardılar.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi