Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

         Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

          Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Rüstəm Ağayev, BANM-ın rektoru Elmar Qasımov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, millət vəkilləri, universitet rektorları, Təhsil Nazirliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, qalib adını qazanan məktəblərin komandaları və KİV təmsilçiləri iştirak ediblər.

           Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Bakı Elm Olimpiadasına həsr olunan videoçarxı izləyiblər.  Qonaqların çıxışından sonra isə Olimpiadanın qızıl, gümüş və bürünc mükafatçılarına medallar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər, eyni zamanda təşkilat komitəsinin üzvləri diplom və hədiyyələrlə təltif ediliblər.     

           Şahlar Abbasov, Qəmər Nəsirova, Elnur Balışov tərkibində formalaşan məktəbin komandası Bakı Elm Olimpiadasında iştirak edərək Olimpiadanın bürünc medalını qazanaraq məktəbin adını qaliblər sırasına sala biliblər. Qeyd etmək lazımdır ki, Olimpiada bir neçə mərhələdən ibarət idi. Şagirdlərimizə, onların müəllimlərinə və valideynlərinə təşəkkürümüzü bildirir, onlara elm yolunda daha yüksək nailiyyətlər qazanmağı arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi