"Son zəng" tədbiri keçirilib

    14 iyun 2022-ci il tarixində məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova, müəllim-şagird kollektivi, valideynlər və digər qonaqlar iştirak ediblər.  

    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elçin Abdullayev rəhbərlik etdiyi təhsil müəssisəsinin  2021-2022-ci tədris ilinin uğurlarından, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Daha sonra məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər.

     Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi