"Zəfər konfransı"
“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə əsasən 10 iyun 2022-ci il tarixində məktəbin tarix kafedrasının metodbirləşmə sədri Aidə Manafova IX sinif şagirdləri ilə "Zəfər konfransı" keçirdi. Məqsəd təhsil alanların Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi idi.
Həmçinin konfrans zamanı məktəbin IX siniflərində keçirilən "Zəfər tarixi" fənninin tədrisi vəziyyəti müzakirə edildi, şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparıldı. Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov çıxış edərək öz fikirlərini bildirdi.