SASMO beynəlxalq turniri

   SASMO AZERBAIJAN, Singapore & Asian Schools Math Olympiad (SASMO) Azərbaycan mərkəzi SIMCC (Singapore International Mastery Contests Center) Azərbaycanda rəsmi tərafdaşıdır.

   Singapore & Asian Schools Math Olympiad (SASMO) beynəlxalq turniri 2006-cı ildə Sinqapurda qurulmuş bir riyaziyyat olimpiadasıdır. Turnirin məqsədi təkcə riyazi cəhətdən istedadlı məktəbliləri müəyyənləşdirmək deyil, həm də daha geniş tələbə kütlələrini bu elmə maraqlandırmaqdır. Turnir fərdi yarışdır və iki turdan ibarətdir: birinci mərhələ seçmə mərhələdir və adətən yazda iştirakçının yaşadığı ölkədə, ikinci tur isə Sinqapurda keçirilən final mərhələsidir. Turnirdə dünyanın 20-dən çox ölkəsindən məktəblilər iştirak edir. Məktəbin VI sinif şagirdi Rauf Qəniyev və VII sinif şagirdi Nurlan Nəsirov yarışmada iştirak edərək II və III yerə layiq görülüblər. Ən yüksək I yerə isə 1”B” - “Sağlam təhsil” sinif şagirdi  Fərah Şeydayeva layiq görülüb. Şagirdlərimizi ürəkdən təbrik edirik. Uğurları bol olsun.

    Fərah, Rauf və Nurlanın simasında şagirdlərimizi SASMO Azərbaycan mərkəzinin olimpiadalarında iştirak etməyə səsləyirik. Olimpiadalarda iştirak edin, riyaziyyatda bacarıqlarınızı inkişaf etdirin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi