"Yaşıl Gələcək üçün İnnovativ Həllər" adlı Eko Boot Camp
Junior Achievement Azerbaijan - Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, MOL Azərbaycan və PAŞA Bank maliyyə dəstəyi ilə 30.02.2022-ci il tarixində məktəblilər üçün Beynəlxalq Uşaqlar gününə hərs edilmiş "Yaşıl Gələcək üçün İnnovativ Həllər" adlı Eko Boot Camp keçirildi. Boot Campa seçilmiş 100 nəfər şagird arasında məktəbin 7”D” sinif şagirdi İbrahim Həsənli də iştirak etdi.
Tədbirdə məktəblilər ekoloji problemlər üzərində düşünərək komanda yoldaşları ilə birgə innovativ həllər üzərində işlədilər.
Bununla yanaşı dəvət olunmuş ekspertlər tərəfindən dizayn düşüncə, təkrar emal üzrə innovasiyalar, dəyər əsaslı təklif üzrə maarifləndirici mühazirələr təqdim olundu. Boot Camp zamanı komandalar tərəfindən təqdim olunan 14 layihə münsiflər heyyəti tərəfindən qiymətləndirildi. Tədbirin yekununda İbrahim Həsənli "Ən eko dost biznes ideya" nominasiyasi üzrə qalib gəldi.