"Hər birimiz bir çiçək" adlı tədbir

     31.05.2022 tarixində məktəbin akt zalında 1 “Ə” sinif rəhbəri İranə Nağızadə şagirdləri ilə birlikdə "Hər birimiz bir çiçək" adlı tədbir keçirdi. Tədbir 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmişdi. “Turpun nağılı”, “Qırmızıpapağın nağılı” və “Günəşin nağılı” nağılları şagirdlər tərəfindən səhnələşdirildi. Səhnəciklərlə yanaşı, şagirdlərin ifasında "Güllər" rəqsi də nümayiş olundu.

      Tədbirdə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini  Rahil Hüseynov, UBTR Günay Rəsulova, kitabxana heyəti, eyni zamanda məktəbin ibtidai sinif müəllimləri, valideynlər və digər şagirdlər də iştirak etdilər. Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva və tərbiyə işləri üzrə dirkeotr müavini Rahil Hüseynov uşaqlara və müəllim İranə Nağızadəyə bu günü belə təmtəraqlı şəkildə keçirdiyi üçün xüsusi minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi