1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

     Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc mənbəyidir. Məşhur fransız yazıçısı Viktor Hüqo əbəs yerə demirdi: “Dünyada körpə qığıltısından böyük himn yoxdur”. Bəli, bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-i tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

     Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Bu məqsədlə məktəbin həyətində kiçik bir tədbir keçirilib. Uşaqlar əllərində tutduqları şarları havaya uçuraraq sevinclərini nümayiş etdiriblər.

     Nazim Hikmət demiş, gəlin dünyanı uşaqlara verək - heç olmasa bir günlüyə, bir neçə saatlığa...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi