“Qəza və təbii fəlakətlər zamanı şagirdlərin müdafiə edilməsi üsulları”

      20.05.2022-ci il tarixində məktəbin 2”Ə” sinfində Mülki Müdafiə fənnindən açıq dərs keçirildi. Dərsin mövzusu “Qəza və təbii fəlakətlər zamanı şagirdlərin müdafiə edilməsi üsulları” idi. 

      Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, psixoloq Anagül Osmanova, ibtidai sinif müəllimləri Gülnaz Əhmədova, Zümrüd  Hüseynova Zümrüd, tibb bacısı Rəna Əliyeva iştirak etdilər.

      Dərs ilk öncə sual-cavab şəklində başladı. Şagirdlər aktiv olaraq iştirak etdilər. Onlar “101, 102, 103, 104, 112” olaraq komandalara bölündülər. Hər komandaya kapitan başçılıq edirdi. Müəllim hər komandaya qrup tapşırıqlarını payladı. Komandalar 15 dəqiqə ərzində onlara verilən tapşırıqları yerinə yetirib, mövzuya aid şəkilləri rənglədilər. Vaxt tamamlandıqdan sonra kapitanlar başda olmaqla hər komanda ssenari üzrə səhnəciklərini nümayiş etdirib, təqdimatlarını  göstərdilər. Kiçikyaşlı məktəblilər kollektiv şəkildə zəlzələ zamanı məktəbdə necə davranmalı olduqlarını, təxliyyə prosesini əyani şəkildə göstərdilər. 

      Sonda müəllim Aygün Dadaşova mövzu ilə əlaqəli slaydlar, video-roliklər nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi