28 May – "Respublika günü"nə həsr olunmuş nümunəvi dərs

     26.05.2022-ci il tarixində məktəbin ingilis dili müəllimləri Esmira Cəfərova və Məhəbbət Əliyeva 6 “E” sinfində 28 May – "Respublika günü"nə həsr olunmuş nümunəvi dərs təşkil etdilər.

     Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və müasir, müstəqil Azərbaycan haqqında məlumatlar verdilər. İngilis dilində Vətən haqqında şeirlər söylədilər. Şagirdlər həmçinin “Republic Day“ mövzusunda referat və təqdimatlar, divar qəzeti hazırladılar. Şagirdlərdən biri milli musiqi alətimiz olan kamançada “Azərbaycan” mahnısını ifa etdi.

     Sonda şagirdlər “Ana Vətən” mahnısını xorla ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi