"Ailəm və məktəbim" layihəsi üzrə tədbir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli F-145 nömrəli əmrinin 15.6 bəndini rəhbər tutaraq "Ailəm və məktəbim" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına əsasən məktəbin 2 “E” və 2 “G” sinif rəhbərləri Nübar Həsənova və Gülnar Süleymanovanın təşkilatçılığı ilə tədbir həyata keçirildi.
Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, məktəb psixoloqu Anagül Osmanova iştirak etdilər.
Hər iki sinfə iki valideyn dəvət edildi. Dəvət edilmiş valideynlər tərəfindən müxtəlif nağıllar səsləndirildi. Səsləndirilən nağıllar şagirdlər tərəfindən böyük maraq və həvəslə dinlənildi. Daha sonra həmin nağıllarla bağlı müzakirə təşkil olunaraq valideynlərin şagirdlərlə birlikdə sinif fəaliyyəti həyata keçirildi.