IV siniflərdə ingilis dili və rus dili fənləri üzrə monitorinq imtahanı keçirildi
18.05.2022 tarixində məktəbin 4-cü siniflərində rəhbərlik tərəfindən təşkil edilmiş ingilis dili və rus dili fənləri üzrə monitorinq imtahanı keçirildi. Monitorinqi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev və tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov həyata keçirdilər. Məqsəd 4-cü sinif şagirdlərinin ingilis dili və rus dili fənlərindən biliklərini yoxlamaq idi.