Şagirdlərimiz “Leyli və Məcnun” və “Məhəbbət” tamaşalarını izlədilər
15 may 2022-ci il tarixində məktəbin rus dili müəllimi Şəmsiyyə Səfərəliyeva, 5”B” sinif rəhbəri Səadət Hüseynova, həmçinin sinfin bir qrup şagird və valideyinləri Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi (Rus dili üzrə ) fakültəsinin təcrübəçi-tələbəsi Aytac Məmmədovanın təşəbbüsü və dəvəti ilə Teatr Xadimləri İttifaqının Tamaşaçı zalında nümayiş olunan iki birpərdəli tamaşaya baxdılar. Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış “Leyli və Məcnun” və “Məhəbbət” tamaşaları Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatr Studiyasının kiçik aktyorları tərəfindən böyük peşəkarlıqla təqdim olundu. İzləyicilərin böyük sevgisini və rəğbətini qazanan tamaşalar musiqi, rəqslər, səhnə geyimləri, işıq effektləri və dekorasiyalarla müşayət olunurdu. Tamaşalar arasında fasilə zamanı tanınmış kulturoloq-alim Fuad Məmmədov çıxış edərək, uşaqlarda mənəvi zövqün aşılanmasını, incəsənətə marağın valideyinlər və məktəb tərəfindən dəstəklənməsinin vacib olduğunu vurğuladı. Qeyd edək ki, tamaşalar şagirdlərimiz tərəfindən böyük maraqla və sevinc hissi ilə qarşılandı