Şuşaya həsr olunmuş nümunəvi dərs

      “Şuşa ili” ilə əlaqədar olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-121 nömrəli əmrinin icrası barədə təsdiq edilmiş Tədbirlər Planının 4-cü bəndinə əsasən məktəbin 1”C” sinif rəhbəri Gülnarə Səmədovanın təşkilatçiliği ilə Şuşaya həsr olunmuş nümunəvi dərs keçirildi. Dərs yeni təlim metodlarına əsaslanan elektron və əyani vasitələrdən istifadə olunaraq keçirildi. Şagirdlər mövzu ilə əlaqədar müxtəlif şeirlər söylədilər. "Şuşa" və "Xarıbülbül" haqqında maraqlı təqdimatlarla çıxış etdilər. Sonra  "Xarıbülbül”  nağılını səhnələşdirdilər.            

     Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova iştirak etdilər.

     Sonra müəllimlər şagirdlərlə birgə məktəbin həyətində dairə şəklində, əl-ələ tutaraq əbədi birlik və bərabərliyi nümayiş etdirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi