"Ailəm və məktəbim"

     Bakı şəhəri  üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli F-145 nömrəli əmrinin 15.6 bəndini rəhbər tutaraq  "Ailəm və məktəbim" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına əsasən məktəbin 1“Ə” sinif rəhbəri İranə Nağızadənin təşkilatçılığı ilə məktəbin kitabxanasında tədbir həyata keçirilmişdir.

     Tədbirə iki valideyn dəvət edilmişdir. Dəvət edilmiş valideynlər müxtəlif nağıllar səsləndirdilər. Səsləndirilən nağıllar şagirdlər tərəfindən böyük maraq və həvəslə dinlənildi. Daha sonra həmin nağıllarla bağlı müzakirə təşkil olundu və valideynlər şagirdlərlə birlikdə sinif fəaliyyəti həyata keçirdilər.

     Tədbirdə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova, psixoloq Anagül Osmanova, kitabxana müdiri və kitabxanaçı  iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi