“Şuşa biz qayıtmışıq” adlı tədbir

    Aprel ayında məktəbdə rus dili fənni aylığı keçirilmişdir. Ay ərzində rus dili müəllimləri tərəfindən nümunəvi dərslər təşkil olunmuşdur. Şagirdlər tərəfindən “Şuşa ili” çərçivəsində esselər yazılmış, divar qəzetləri hazırlanmışdır.

    Aylıq çərçivəsində  “Şuşa biz qayıtmışıq” adlı tədbir də keçirildi. Tədbiri rus dili fənni üzrə metodbirləşmə sədri Xalidə Əkbərova giriş sözü ilə başladı. Sonra şagirdlər bölmələr üzrə - Şuşanın tarixi, incəsənəti memarlığı, xalçaçılığı haqqında məlumatlar verdilər.

   Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, ingilis dili müəllimləri Müzəyyan Şıxıyeva, Vəfa Nadirova və rus dili müəllimləri iştirak etdilər. Şagirdlərin rus dilində sərbəst çıxışları, söylədikləri şeirləri, səhnəcikləri iştirak edən qonaqlara zövq verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi