Şuşaya həsr olunmuş dəyirmi masa
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən məktəbin kitabxana heyəti Alidə Hadıyeva və Cəfərova Fəxriyyə 5 "A" sinfi ilə birlikdə Şuşaya həsr olunmuş dəyirmi masa keçirdi. Şagirdlər Qarabağın tacı olan Şuşa haqqında məlumatlar, şeirlər söylədilər. Kitabxana işçiləri şagirdlərə kitabxanada olan Qarabağımıza aid kitablarla tanış edib və məlumat xarakterli söhbətlər apardılar.