Ümummilli Lider Heydər Əliyev - 99

     05.05.2022-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və məktəb rəhbərliyinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş "Qəlblərdə yaşayan sərkərdə" adlı tədbir keçirilib.

     Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsi Məhəmməd İbrahimov, ərazi üzrə icra nümayəndəsi Dəyanət Əzizov, baş məsləhətçi Oruc Əbdürrəhmanov, Xalq artisti Simarə İmanova, qazi Vüqar Məmmədov, qazi Aşur Gülgəzov, məktəbdə fəaliyyət göstərən “Nitq mədəniyyəti” və “Xor ifaçılığı” dərnəyinin üzvləri iştirak ediblər.

     Akt zalında keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dərnək üzvlərinin iştirakı ilə şeir kompozisiyaları, səhnəciklər, videoçarx və musiqi nömrələri nümayiş olundu.

     Tədbirin keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin xalqa məhəbbəti, ona verdiyi dəyəri, dövlətçiliyə olan sədaqəti və torpaqlarımızın bütövlüyü naminə gördüyü işləri şagirdlərin yaddaşına həkk etdirməkdir.

     Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib: “Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu dahi şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.

      Biz fəxr edirik ki, Biz Azərbaycanlıyıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi