“Story time” mövzusunda nümunəvi dərs
Məktəbin ingilis dili müəllimi Məhəbbət Vəliyeva ingilis dili aylığı çərçivəsində 6 “H” sinfində “Story time” mövzusunda nümunəvi dərs təşkil etdi. Dərsdə şagirdlər “Giving tree” mətnini oxuyub tərcümə etdikdən sonra sərbəst şəkildə danışdılar. Bəzi şagirdlər həmin nağılı kiçik səhnəcik formasında nümayiş etdirdilər. Dərs çox maraqlı keçdi, şagirdlər fəal iştirak etdilər. Bundan şagirdlər başqa ətraf aləmi, planeti necə qorumaq lazımdır mövzusunda müxtəlif təqdimatlar hazırlamışdılar.