“Guess my jobs” mövzusunda nümunəvi dərs
29.04.2022-ci il tarixində məktəbin ingilis dili müəllimi Aidə Səlimova 5 “G” sinfində “Guess my jobs” mövzusunda nümunəvi dərs keçirdi. Dərs interaktiv üsulla, elektron lövhədən istifadə edərək təşkil olunmuşdur. Mövzu ilə əlaqədar olaraq şagirdlər gələcəkdə seçəcəkləri peşələr haqqında danışdılar, qarşılıqlı müzakirələr etdilər. Sonra hazırladıqları təqdimatları nümayiş etdirdilər. Sonda müəllim müxtəlif peşələrə həsr olunmuş videoçarxı şagirdlərə izlətdi.