“Narkomaniyaya yox deyək!” adlı mövzuda IX sinif şagirdləri ilə görüş keçirildi

    27.04.2022-ci il tarixində məktəbin direktoru Elçin Abdullayevin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək!” adlı mövzuda IX sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə Bakı şəhər Baş Polis İdarəsinin Yetkinik Yaşına Çatmayanlarla Profilaktik İş Şöbəsinin rəisi, polis polkovniki İbrahim İsmayılov, Bakı şəhər Baş Polis İdarəsinin Yetkinik Yaşına Çatmayanlarla Profilaktik İş Şöbəsinin baş inspektoru, polis polkovniki Kəmalə Ələkbərova, Bakı şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, ehtiyatda olan zabit, Emin Məmmədov, Bakı şəhəri 34 saylı polis şöbəsini Yetkinik Yaşına Çatmayanlarla işlər üzrə inspektor, polis kapitanı Elşad Elmanzadə, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov iştirak etdilər. Onlar yeniyetmələr arasında hüquqa zidd əmələrə, zərərli vərdişlərə qarşı, nizam-intizam qaydalarına riayət olunması, müəllim-şagird münasibətlərinin normalara uyğun olması və digər mövzular ətrafında geniş söhbətlər apardılar. Çıxış edən qonaqlar narkomaniyanı XXI əsrin ən böyük bəlası adlandıraraq şagirdlərə onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğuladılar.

    Həmçinin tədbirdə məktəbliləri maraqlandıran suallara cavab verildi. Sonda narkomaniyaya həsr olunmuş ,,Ağ ölüm!” adlı film nümayiş olundu.  Mövzu ilə bağlı tədbirin keçirilməsi iştirakçılar tərəfindən təqdirəlayiq bir addım kimi qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi