"Könlüm keçir Qarabağdan "adlı tədbir
Ölkə başçısı Cənab Prezident, İlham Əliyev 2022-ci ili "Şuşa ili " elan edib. Bununla əlaqədar olaraq müəllim Ovçuyeva Aytən 3 “B” - "Sağlam təhsil " sinfində "Könlüm keçir Qarabağdan "adlı tədbir keçirdi. Tədbirdə məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, psixoloq Anagül Osmanova, UBTR Günay Rəsulova və ibtidai sinif müəllimləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlandı. Ardınca şagirdlərin ifasında "Xudayar təsnifi " səsləndi. Sonra 2020-ci ildə Azərbaycan tarixində baş vermiş möhtəşəm qələbəyə həsr olunmuş "Zəfər paradı “ haqqında şagirdlər məlumatlar təqdim etdilər. Şagirdlər Şuşa ilə bağlı səhnələr, mahnılar, şeirlər, rəqslər ifa etdilər.
Sonda tədbirdə iştirak edən qonaqlar şagirdlərə maraqlı çıxışlarına görə təşəkkür etdilər.