Evdə fərdi təhsil alan şagirdlərimiz

    Evdə təhsil – müvafiq təhsil prоqramlarına uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrmasıdır. Evdə təhsilin təşkili zamanı məşğələlər ümumtəhsil proqramı ilə 45 dəqiqə müəyyən edilir. Gündəlik dərslərin miqdarı 2 saat müəyyən edilir.

    Məktəbin 4 “A” və 4 “Ç” sinif şagirdləri Murad Seyidov və Əliqama Əlimusayev də evdə təhsilə cəlb olunan şagirdlərdir. Müəllim Aygün Dadaşova dərs məşğələlərinin maraqlı və cəlbedici olması üçün müxtəlif əyani vəsaitlərdən istifadə edir. Şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi